Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əsasında regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olunmasını çox vacib hesab edirik.
Ermənistan və Azərbaycan sülhü məhz bu təməl üzərində qurublar və qurmaqda davam edirlər. Hesab edirəm ki, bu, regionumuz üçün həqiqətən tarixi imkandır. Gürcüstanda da sülhün davamlı şəkildə rəsmiləşdirilməsini arzulayıram. Açıq demək lazımdır ki, biz bunda çox maraqlıyıq, çünki regionumuzun asan olmayan taleyini aşmaq üçün böyük imkanın olduğunu görürük və ümid edirik ki, bu imkan istifadə olunacaq.
Tərəfdaşlarımızı Ermənistanın beynəlxalq və regional gündəliyində baş verən proseslər barədə ətraflı məlumatlandırdım, xüsusilə TRIPP (Zəngəzur dəhlizi-red.) investisiya layihəsi, Ermənistan-Azərbaycan sülh prosesi, Ermənistan-Türkiyə münasibətləri, həmçinin Ermənistan-Rusiya münasibətləri ilə bağlı müəyyən məlumatlar təqdim etdim”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az