Ordu.az xəbər verir ki, bunu bu gün Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ikitərəfli iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclasının yekunlarına dair bəyanat zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Xüsusilə vurğulamaq istəyirəm ki, biz həm iqtisadi, həm də ikitərəfli, regional və beynəlxalq gündəliyin bir çox məsələlərini müzakirə etdik ki, harada daha böyük əməkdaşlıq potensialımızın olduğunu görək.
Baş nazir Kobaxidzeyə Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesinə göstərdiyi şəxsi dəstəyə, həmçinin Gürcüstan dövlətinə və xalqına davamlı dəstəyə görə təşəkkür etmək istəyirəm. Bu dəstək davam edir, biz bunu görürük və bilirsiniz ki, bu gün Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr də məhz Gürcüstanın dəstəyi və köməyi ilə qurulur. Bu, çox yüksək qiymətləndirilir və bizim tərəfimizdən dəyərləndirilir.
Əlbəttə, Ermənistanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq dərinləşir, inkişaf edir və artıq formalaşmış uzunmüddətli ənənələr üzərində qurulur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az