Kobaxidze: “Ermənistan və Azərbaycan arasında tarixi sazişin imzalanmasından məmnunuq”

2025/02/1739203944.jpg
Oxunub: 325     13:40     04 Mart 2026    
“Ermənistan və Azərbaycan arasında tarixi sazişin imzalanmasından məmnunuq və bunu alqışlayırıq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə hökumətlərarası komissiyanın 15-ci iclasının yekunlarına dair bəyanat zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu müsbət tendensiyalar regionda sabitliyin və sülhün təmin olunması üçün çox yaxşı zəmin yaradır.

“Bu kontekstdə bir daha vurğulamaq istəyirəm ki, biz regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə dəstəyimizi davam etdirməyə hazırıq və Gürcüstan bu istiqamətdə heç bir səyini əsirgəməyəcək.

Ölkələrimiz arasında nümunəvi tərəfdaşlıq və dostluq münasibətlərini bir daha qeyd etmək istəyirəm. Xalqlarımız qarşısında məsuliyyət daşıyırıq və dostluq, tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni etməliyik.

Sonda baş nazir cənab Paşinyana dostluq əlaqələrimizin dərinləşdirilməsinə verdiyi şəxsi töhfəyə görə təşəkkürümü bildirmək istərdim”, - deyə Kobaxidze qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Paşinyan  


Bizi "telegram"da izləyin