Ordu.az xəbər verir ki, bu barədə bu gün Nikol Paşinyanla birlikdə ikitərəfli iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclasının yekunlarına dair bəyanat zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq əlaqələri mövcuddur və bu, Ermənistanla Gürcüstan arasında strateji tərəfdaşlıq üçün əsas yaradır. Biz yüksək səviyyəli əməkdaşlığımızdan çox məmnunuq və strateji tərəfdaşlığımızı, dostluq əlaqələrimizi daha da dərinləşdirməkdə daim maraqlıyıq. Bu dostluğun əsasında qarşılıqlı hörmət və ümumi maraqlar dayanır. Fürsətdən istifadə edərək bir daha Ermənistana milli maraqlarımıza göstərdiyi dəstəyə, maraqlarımıza hörmətlə yanaşdığına görə təşəkkür etmək istəyirəm. Xüsusilə ərazi bütövlüyümüzə və suverenliyimizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm.
Komissiyanın iclası çərçivəsində mən həmkarıma BMT Baş Assambleyasında Gürcüstanı dəstəkləyən qətnaməyə səs verdiyinə görə təşəkkür etdim. Bu gün biz ikitərəfli gündəliyi, müxtəlif mövzuları, təhsil, idman, mədəniyyət və digər sahələrdə əməkdaşlığı müzakirə etdik.
Hələ də reallaşdırılmamış potensial və perspektivlərimiz var. Xüsusilə uğurlu ticarət-iqtisadi əməkdaşlığımızı qeyd etmək istərdim. Ermənistan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ilk onluqdadır, turizm baxımından isə ilk üçlükdə yer alır. Gürcüstan üçün belə əməkdaşlıq çox dəyərlidir və turizm sahəsində onun daha da dərinləşdirilməsi vacibdir.
Biz Ermənistandan Gürcüstana səfər edənlərin marağının artmasından məmnunuq və bu əməkdaşlığı daha da gücləndirməliyik”, - deyə Kobaxidze vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az