Paşinyan və Kobaxidze iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının protokolunu imzalayıblar

2026/03/1772617006.jpg
Oxunub: 308     13:34     04 Mart 2026    
Gürcüstanda sənədlərin imzalanma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclasının protokolu imzalanıb.

“Sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıblar. Bundan sonra baş nazirlərin bəyanatları səsləndirilib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kobaxidze  


Bizi "telegram"da izləyin