Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər Ermənistan və Gürcüstan arasında ikitərəfli tərəfdaşlığın gündəliyində duran məsələləri müzakirə edərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasına hazırlığın və onun uğurla keçirilməsinin dinamik qarşılıqlı fəaliyyətin növbəti təzahürü olduğunu vurğulayıblar.
“Ararat Mirzoyan və Maka Boçorişvili Yaxın Şərqdə yaranmış vəziyyətə də toxunublar. Nazirlər gərginliyin azaldılması və problemlərin sülh yolu ilə həlli istiqamətində səylərin vacibliyini qeyd edərək, sülh şəraitinin üstünlüklərini vurğulayıblar. Ermənistan və Gürcüstan XİN rəhbərləri Yaxın Şərqdə hər iki ölkənin rezident səfirlikləri vasitəsilə vətəndaşlara yerində mümkün dəstəyin göstərilməsi məsələsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Görüşdə həmçinin regional əməkdaşlıq və çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az