İrakli Kobaxidze: "Gürcüstan regionda sülh prosesinə töhfə verməyə hazırdır"

2026/02/1772042568.jpg
Oxunub: 306     13:14     04 Mart 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze regionda sülh və sabitliyin təşviq edilməsinin ölkəsinin əsas prioritetlərindən biri olduğunu bildirib.

Ordu.az-ın məlumatına görə, o, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə brifinqdə səsləndirib.

Baş nazir qeyd edib ki, regionda əməkdaşlığın inkişafında müsbət dinamika müşahidə olunur və bu, uzunmüddətli sabitlik üçün mühüm əsas yaradır.

O, xüsusilə Ermənistan və Azərbaycan arasında imzalanmış sülh müqaviləsinin regional təhlükəsizliyin güclənməsi baxımından vacib olduğunu vurğulayıb.

Kobaxidze Gürcüstanın sülh və əməkdaşlıq proseslərinə dəstək verməyə davam edəcəyini bildirib və ölkələr arasında dostluq və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin