"Ermənistanla Azərbaycan arasındakı razılaşma mühüm əhəmiyyət kəsb edir" - Kobaxidze

2025/10/1759597876.jpg
Oxunub: 331     12:52     04 Mart 2026    
Ermənistanla Azərbaycan arasındakı razılaşma xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan və Gürcüstan arasında Hökümətlərarası Komissiyanın 15-ci iclasında çıxışı zamanı bildirib.

İrakli Kobaxidze və ermənistanlı həmkarı Nikol Paşinyan müxtəlif sahələrdə əməkdaşlığı müzakirə ediblər.

“Regionda sabitliyin qorunması da son dərəcə vacibdir. Son dövrlərdə regionumuzda inkişaf edən meyillər bizi sevindirir. Sizinlə Azərbaycan arasında imzalanmış sənəd xüsusilə mühüm əhəmiyyət kəsb edib”,-deyə o bildirib.

Onun sözlərinə görə, bütün bunlar Cənubi Qafqaz regionunun daha da möhkəmlənməsi və inkişafı üçün yaxşı zəmin yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin