Kobaxidze: "Gürcüstan Cənubi Qafqazdakı prosesləri müsbət qiymətləndirir"

2025/12/1766718020.jpg
Oxunub: 306     12:28     04 Mart 2026    
Gürcüstan Cənubi Qafqazdakı sabitliyin qorunmasına yönəlmiş prosesləri müsbət qiymətləndirir.

Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclasında bəyan edib.

"Regionda (Cənubi Qafqaz - red.) sabitliyi qorumaq çox vacibdir. Son zamanlar regionumuzda inkişaf edən tendensiyalardan məmnunuq. Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişi mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar regionumuzun gücləndirilməsi və inkişafı istiqamətində daha çox çalışa bilməyimiz üçün çox yaxşı zəmin yaradır", - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Ermənistan arasındakı müxtəlif əməkdaşlıq formatları iki ölkə arasında tərəfdaşlığın inkişafına müsbət təsir göstərir: "Bütün istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin