Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, A.T. və T.Q. 2020-ci ilin 44 günlük müharibəsində qolunu itirmiş M.H.-dən bu bəhanə ilə 3 milyon 800 min dram məbləğində xüsusilə külli miqdarda pul tələb edib və 2025-ci il dekabrın 20-də həmin vəsaiti alaraq dələduzluq yolu ilə mənimsəyiblər.
“Bundan əlavə, cinayətkar qrupun üzvləri oxşar üsulla 44 günlük müharibə zamanı yaralanmış R.Q. və A.A.-dan da pul mənimsəməyə cəhd ediblər, lakin onların iradəsindən asılı olmayan hallara görə cinayəti başa çatdıra bilməyiblər, çünki zərərçəkənlər pul köçürməkdən imtina ediblər.
İbtidai istintaq zamanı onlarla prosessual hərəkət, o cümlədən təxminən on ünvanda eyni vaxtda axtarışlar aparılıb.
A.T. və T.Q.-yə qarşı Cinayət Məcəlləsinin 44-255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluğa cəhd) ictimai cinayət təqibi başlanıb”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, onlardan biri barəsində həbs, digəri barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
“Hadisənin bütün halları, zərərçəkənlərin tam dairəsi, eləcə də A.T. və T.Q. ilə cinayət əlaqəsinə girmiş digər şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində istintaq davam edir”, - deyə məlumatda vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az