Əfqanıstan vətəndaşlarından ibarət 2 qrup İrandan qanunsuz şəkildə Ermənistana daxil olmağa cəhd edib

2026/03/1772610367.jpg
Oxunub: 323     11:43     04 Mart 2026    
“Əfqanıstan vətəndaşlarından ibarət iki qrup İrandan qanunsuz şəkildə Ermənistan ərazisinə daxil olmağa cəhd göstərib”.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsindən bildirilib.

Məlumata görə, hadisə fevralın 20-də baş verib. Əfqanıstan vətəndaşları Araz çayını üzərək keçməklə Ermənistana daxil olmağa çalışıblar.

Bununla bağlı fevralın 21-də “Dövlət sərhədini qanunsuz keçmə” maddəsi üzrə (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq) iki cinayət işi başlanıb.

Ermənistan İstintaq Komitəsi “Sputnik Armenia”nın sorğusuna cavabında əlavə təfərrüatlar təqdim etməyib və bildirib ki, həmin məlumatlar açıqlanması nəzərdə tutulmayan məlumatlar sırasındadır.

Qeyd edək ki, hadisə ABŞ və İsrailin İrana hücumundan əvvəl baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Ermənistan  


Bizi "telegram"da izləyin