Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, istintaq orqanlarının məlumatına görə, milli xeyriyyəçi Samvel Karapetyanın qardaşı oğlu olan Narek Karapetyanın hərbi xidmətə yararlılığı ilə bağlı ibtidai istintaq davam edir.
“Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsindən “1lurer.am”a bildirilib ki, icraat davam etdirilir.
Eyni məsələ ilə bağlı “Joğovurd” qəzeti həm baş prokuror Anna Vardapetyana, həm də müdafiə naziri Suren Papikyana sorğu ünvanlayıb. Lakin Müdafiə Nazirliyi qəzetin sorğusuna cavab olaraq məlumat verməkdən imtina edib: “Bildiririk ki, 30.05.1987-ci il təvəllüdlü Hayk Arsen Koncoryan qanunla nəzərdə tutulmuş əsasla məcburi hərbi xidmətdən azad edilib. Eyni zamanda bildiririk ki, Koncoryanın məcburi hərbi xidmətdən azad edilməsinin əsasları barədə məlumatın verilməsi “Şəxsi məlumatlar haqqında” və “Məlumat azadlığı haqqında” qanunların müvafiq maddələrinə əsasən rədd edilir”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, prokurorluq isə cavabında bildirib: “Sorğunuza cavab olaraq bildiririk ki, Ermənistan prokurorluğunda cinayət icraatının mövcudluğu barədə məlumat yoxdur”.
Nəşrin qənaətinə görə, bu vəziyyət açıq şəkildə qeyri-bərabər yanaşmadır: Narek Karapetyanla bağlı şəxsi məlumatlar və təfərrüatlar dövlət qurumları və ictimai televiziya platformaları vasitəsilə açıqlanır, bu da onun müxalif mövqeyi ilə əlaqələndirilir.
“Hətta cinayət işi başlanır. Halbuki hakim partiyanın deputatı, “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri olan Hayk Koncoryanın hərbi xidmətdən azad olunma əsasları Müdafiə Nazirliyi tərəfindən gizli saxlanılır.
Bu, Nikol Paşinyanın dediyi “buynuzlu və çubuqlu korrupsiya”dan başqa bir şey deyil: öz komanda üzvünə münasibətdə qanun himayədarlıqla tətbiq olunur, müxalifət nümayəndəsinə münasibətdə isə kobud şəkildə pozulur.
Hər halda hakimiyyət cavab verməlidir ki, Hayk Koncoryanın hərbi xidmətdən azad olunması ilə bağlı iş niyə yenidən araşdırılmır və onun hansı əsasla ordudan azad edildiyi niyə aydınlaşdırılmır. Xatırladaq ki, o, “Ermənistan Demokratik Liberal İttifaqı” partiyasının, “İşıqlı Ermənistan” partiyasının, daha sonra “Yelk” blokunun üzvü, daha sonra isə “Vətəndaş Müqaviləsi” partiyasının üzvü olub”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az