Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, əgər VM bir neçə gün əvvəl müxalifətə “Gümrü-2”yə, yəni seçkidən sonrakı koalisiyalara imkan verməyəcəkləri ilə hədələyirdisə, indi taktikanı dəyişərək seçiciyə psixoloji təzyiq göstərməyə, onu məyus və ümidsiz etməyə çalışırlar ki, “onsuz da qalib gəlmişik” fikrini aşılaya bilsinlər.
“Məqsəd 2021-ci ildəkindən daha çox səs toplayacaqları təsəvvürünü yaratmaqdır.
Ötən gün parlamentin sədri Alen Simonyan bu məzmunda açıqlama verərək jurnalistlərə 2026-cı ildə 2021-ci ildəkindən daha çox səs toplayacaqlarına “mərc gəlməyi” təklif edib. Bu ideyanın müəllifi isə məhz Nikol Paşinyandır və yaxın vaxtlarda VM üzvləri bu yanaşmanı geniş şəkildə tətbiq etməyə başlayacaqlar.
Bununla bir məqsəd güdürlər: insanlar düşünsün ki, VM onsuz da qalib gəlib, seçkiyə getməyin, səs verməyin və sonra məyus olmağın nə mənası var?
Məlumdur ki, seçici fəallığının aşağı olması yalnız VM-in xeyrinədir. Onların elektoratı istənilən halda seçki məntəqəsinə gedəcək və aşağı iştirak faizi şəraitində çoxluq qazanacaqlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az