Ermənistan KİV-i: Nazir DİN-də bir sıra yüksək vəzifəli şəxsləri vəzifədən azad edib

2026/03/1772556537.jpg
Oxunub: 401     20:47     03 Mart 2026    
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan polis patrul xidmətinin İrəvan şəhər alayının komandiri, polis polkovnik-leytenantı Andranik İsaxanyanı vəzifəsindən azad edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “24News” nəşri yazıb.

Nəşr qeyd edib ki, eyni əmrlə Ermənistanın polis sistemində icma polisinin baş idarəsinin əməliyyat-analitika şöbəsinin rəis müavini, polis polkovniki Artur Bdoyan da xidmətdən çıxarılıb.

Bundan əlavə, Ermənistan DİN-in iqtisadiyyat idarəsinin rəisi Qriqor Mkrtçyan və maliyyə-büdcə idarəsinin rəhbəri Vardan Petrosyan da vəzifələrindən azad ediliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   DİN  


Bizi "telegram"da izləyin