Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tərəflər Yaxın Şərqdə yaranmış vəziyyəti, o cümlədən humanitar xarakterli məsələləri müzakirə ediblər.
“Mirzoyan Ermənistanın sülh gündəliyini irəli aparmaqla bağlı yanaşmalarını, eləcə də Ermənistan və Azərbaycan arasında davamlı sülhün möhkəmləndirilməsinə cəmiyyət daxilində formalaşmış dəstəyi vurğulayıb.
Hər iki tərəf qarşıdakı tədbirlərin və səfərlərin təşkili, həmçinin Ermənistan-Aİ gündəliyinin irəlilədilməsi istiqamətində fəal əməkdaşlığın vacibliyini qeyd edib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az