İrandan Ermənistana neçə nəfərin gəldiyi məlum olub

2026/03/1772556188.jpg
Oxunub: 394     20:41     03 Mart 2026    
ABŞ-İsrail hücumları fonunda bir gün ərzində təxminən 400 nəfər İran-Ermənistan sərhədini keçib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, onların 300-ü İran vətəndaşı, qalanları isə digər ölkələrin vətəndaşlarıdır.

Qeyd edilib ki, artıq 31 Rusiya vətəndaşı İran-Ermənistan sərhədində yerləşən Nurduz-Aqarak keçid məntəqəsindən keçib.

Diplomatik nümayəndəlik bildirib: “Sərhəd keçidi adi qaydada davam edir, vətəndaşların hərəkəti ilə bağlı heç bir problem yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin