Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Srbuhi Qalyan və Xəlil Şirğolami ədliyyə sahəsinə dair məsələləri müzakirə ediblər.
“İki ölkə arasında cinayət işləri üzrə hüquqi yardım mexanizmlərinə də toxunulub.
Tərəflər qarşılıqlı maraq doğuran mövzular üzrə əməkdaşlığı və işgüzar müzakirələri davam etdirmək barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az