Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər.
Qeyd edilib ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının, diplomatiyaya prioritet verilməsinin vacibliyi vurğulanıb və bu kontekstdə Oman tərəfindən göstərilən səylər yüksək qiymətləndirilib.
“Nazir Mirzoyan Omana və BƏƏ-yə Ermənistan vətəndaşlarının geri qayıtması üçün zəruri prosedurların asanlaşdırılmasına görə təşəkkür edib və zərurət yaranacağı halda Ermənistan tərəfinin də Oman vətəndaşlarının daşınması məsələsində dəstək göstərməyə hazır olduğunu bildirib.
Ermənistan və Oman XİN rəhbərləri ikitərəfli gündəliyin genişləndirilməsi istiqamətində işlərə də toxunublar və mövcud potensialın daha səmərəli reallaşdırılması baxımından Maskatda Ermənistanın rezident səfirliyinin açılması barədə Ermənistan hökumətinin qəbul etdiyi qərarın əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az