“Gürcüstana işgüzar səfərim başa çatdı” - Paşinyan (YENİLƏNİB)

2026/03/1772550649.jpg
Oxunub: 1030     17:53     04 Mart 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfəri başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb və paylaşımına video əlavə edib.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın Siqnaxi şəhərində Ermənistan lə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclası keçirilib. İclasa iki ölkənin baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze sədrlik ediblər.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Gürcüstana gedib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Tbilisi Beynəlxalq Hava Limanında Ermənistanın Baş nazirini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Qeyd edilir ki, martın 4-də Ermənistan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclası keçiriləcək.

“Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüşün keçirilməsi də nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilib.

***

Ermənistan Baş naziri Nikol Paşinyan martın 3-də işgüzar səfərlə Gürcüstana yollanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Ermənistan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 15-ci iclası keçiriləcək.

Həmçinin Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze arasında təkbətək görüş nəzərdə tutulur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Gürcüstan  


Bizi "telegram"da izləyin