Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında ölkənin ədliyyə naziri Srbuhi Qalyan müxalif “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyanın sualını cavablandırarkən bildirib.
“Rəsmi məlumatlara görə, 195 itkin düşmüş şəxs var, onlardan 175-i hərbçi, qalanları isə mülki şəxslərdir”, - deyə Qalyan bildirib.
Tanınımış meyitlərə gəlincə, erməni nazir son məlumatlara əsasən 75-80 meyitin identifikasiya nəticələrinin ölənlərin ailələri tərəfindən qəbul edilmədiyini qeyd edib.
O qeyd edib ki, ixtisaslaşmış ekspert bilik və resurslara malik mütəxəssislər tərəfindən təkrar ekspertizalar aparılıb.
“Mütəxəssislər təsdiqləyirlər ki, identifikasiya düzgün həyata keçirilib”, - deyə Ermənistanın ədliyyə naziri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az