Aİ Bakı və İrəvanı humanitar məsələləri həll etməyə çağırır

2026/03/1772543401.jpg
Oxunub: 358     16:40     03 Mart 2026    
Avropa İttifaqı (Aİ) Azərbaycanı və Ermənistanı humanitar məsələləri, o cümlədən itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələləri həll etməyə çağırır.

Ordu.az-ın məlumatına görə, bunu Aİ-nin xarici işlər xidmətinin rəsmi nümayəndəsi Anita Hipper bildirib.

"Biz (sülh prosesinə) qətiyyətli dəstəyimizi nümayiş etdirmişik və uzun illər ərzində hər iki tərəflə, eləcə də beynəlxalq tərəfdaşlarla möhkəm sülh üçün şərait yaratmaq məqsədilə çalışmışıq", - Hipper bəyan edib.

O, həmçinin tərəflər arasında humanitar məsələlərin, o cümlədən itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin həll edilməli olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin