İran səfiri: “Əgər quru qoşunlarının müdaxiləsi olsa, onların əsgərləri üçün böyük qəbiristanlıqlar olacaq, silahlı qüvvələrimiz hazırdır”

2026/03/Ekran-1772542434.jpg
Oxunub: 374     16:52     03 Mart 2026    
“Biz bu təcavüzdən əvvəl də deyirdik ki, əgər ABŞ və “sionist rejim” bizə qarşı aqressiya həyata keçirsə, biz müqavimət göstərəcəyik və həmin hücumların həyata keçirildiyi istənilən hərbi baza bizim qanuni hədəfimiz olacaq”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami deyib.

“Regionda ABŞ hərbi bazalarını hədəfə almağımızı biz region ölkələrinə qarşı hücum hesab etmirik, bunu təcavüzkar ABŞ-yə qarşı hücum kimi qiymətləndiririk.

Həmin hərbi bazalar İrana qarşı hücumlar və kəşfiyyat fəaliyyəti üçün istifadə olunub, buna görə də onlar bizim üçün hədəfə çevrilir. Ümid edirəm ki, qonşularımız bunu anlayacaq, çünki həmin bazalar faktiki olaraq ABŞ hakimiyyətinin nəzarəti altındadır”, - deyə o bildirib.

ABŞ-nin İrana qarşı quru əməliyyatının da mümkünlüyünü istisna etməməsinə münasibət bildirən səfir deyib: “Biz istənilən aqressiyaya qarşı müqavimət göstərəcəyik. Silahlı qüvvələrimiz hazırdır, xalqımız da hazırdır. Onlar hava hücumları ilə nəticə əldə etmədilər. Düşünürdülər ki, hava zərbələri ilə İran hakimiyyətini devirmək mümkündür, lakin belə bir şey baş vermədi. Görürsünüz ki, biz qətiyyətlə özümüzü müdafiə edir və təcavüzkarları hədəfə alırıq. Əgər quru müdaxiləsi olsa, onlar öz əsgərləri üçün böyük qəbiristanlıqları əvvəlcədən nəzərə almalıdırlar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin