Azərbaycan-Yaponiya kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib - FOTOLAR

2026/03/dsc_4-3545083126.jpg
Oxunub: 430     16:34     03 Mart 2026    
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə Ordu.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Eyni zamanda Yaponiya nümayəndələri kiberhücumlara qarşı müdafiə mexanizmləri və beynəlxalq əməkdaşlıq istiqamətində ölkələrinin təcrübələrini bölüşüblər.

Görüşdə bu il Azərbaycan və Yaponiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, ETX və “JPCERT/CC” arasında 2025-ci ildən etibarən məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Yaponiya  


Bizi "telegram"da izləyin