Ermənistan parlamentinin sədri: “İran ətrafındakı hadisələr TRIPP layihəsi üçün risk yaratmır”

2026/02/1771169109.jpg
Oxunub: 407     16:26     03 Mart 2026    
“İran ətrafında və Yaxın Şərqdə baş verən hadisələr “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsi üçün risk yaratmır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib.

“Biz baş verən itkilərə görə çox təəssüf edirik və ümid edirik ki, hadisələr mümkün qədər qısa davam edəcək, çünki bu, birbaşa qonşumuzla bağlıdır və bizi narahat etməyə bilməz. Eyni zamanda anlayırıq ki, bu, çox böyük geosiyasi məsələdir, bəlkə də ən böyük müharibələrdən biridir və şükürlər olsun ki, bizimlə heç bir əlaqəsi yoxdur. Ümid edirik ki, Ermənistanın maraqlarına heç bir şəkildə toxunmayacaq”, - deyə Simonyan qeyd edib.

Həmçinin Ermənistan parlamentinin sədri hesab edir ki, müharibə fonunda Ermənistan və Azərbaycan “birgə şəkildə sülhün konturlarını tapmağı” bacarması son dərəcə xoş haldır.

Bu hadisələr fonunda Ermənistanın qarşılaşdığı çağırışlardan danışan erməni parlament rəhbəri vurğulayıb ki, İrəvan bütün bunlardan kənarda qalmalıdır.

“Ermənistanı Azərbaycanla sülh prosesini təhlükə altına qoya biləcək hər hansı prosesdən uzaq saxlamaq lazımdır”, - deyə Simonyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Simonyan   TRIPP  


Bizi "telegram"da izləyin