Simonyan hakimiyyətin İrandan erməni qaçqınların axını halında atacağı addımlar barədə: “Bizim planlarımız var”

2025/12/1765360583.jpg
Oxunub: 336     16:24     03 Mart 2026    
“Məndə olan məlumata görə, hazırda vəziyyət elədir ki, İran erməniləri Ermənistana köçmürlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib və İranda baş verən hadisələr səbəbilə İran ermənilərinin Ermənistana köçə biləcəyi ehtimalına toxunub.

“Hazırda belə bir təhlükə və ya meyl barədə məlumatım yoxdur. 2025-ci ilin iyununda İsraillə İran arasında baş vermiş 12 günlük müharibə zamanı da belə bir meyl yox idi. Təbii ki, belə halda bizim planlarımız var, lakin hazırda belə bir axın olmayıb və yoxdur”, - deyə Simonyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin