Ordu.az xəbər verir ki, onlar avtobuslarla Bakıya yola salınıb.
Qeyd edək ki, Rusiya vətəndaşları isə avtobuslarla Lənkəran Beynəlxalq Hava Limanına gətirilib. Burdan da öz ölkələri tərəfindən xüsusi təyyarə reysi ilə vətənlərinə qaytarılacaqlar.
***
İrandan Azərbaycana martın 3-də saat 17:00-dan 19:00-a qədər "Astara" Dövlət sərhəddindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 50 nəfərin təxliyəsi həyata keçirilib.
Ordu.az xəbər verir ki, onlardan 7-si Azərbaycan vətəndaşı olub.
Bundan başqa, Çin 16, Rusiya 15, Cənubi Afrika Respublikası 3, Gürcüstan 2, Filippin, İtaliya və Nigeriyanın hərəsinin 1 vətəndaşı təxliyə edilib.
Rusiya vətəndaşlarından 2-si səfirlik əməkdaşı olub.
***
İrandan Azərbaycana martın 3-də saat 15:00-dan 17:00-dək daha 66 nəfər təxliyə edilib.
Ordu.az xəbər verir ki, bu saatlarda təxliyə edilənlərin 19-u Azərbaycan, 32-si Oman, 4-ü İsveçrə, 3-ü Meksika, 3-ü Çin, 2-si isə Pakistan vətəndaşıdır.
Qeyd edək ki, bununla martın 3-də saat 13:00-dan 17:00-dək İrandan Azərbaycana təxliyə olunanların ümumi sayı 182 nəfər təşkil edib.
***
İrandan Azərbaycana martın 3-də saat 13:00-dan 15:00-dək daha 116 nəfər təxliyə edilib.
Ordu.az xəbər verir ki, təxliyə edilənlərin 16-sı Azərbaycan, 42-si Çin, 41-i Tacikistan, 7-si Oman, 4-ü Pakistan, 3-ü İran, 3-ü isə Qırğızıstan vətəndaşıdır.
Ordu.az