Erməni deputat: “Baş nazir seçildi, İrana getdi, yaxşı qarşılandı, indi əllərini yuyub kənara çəkiləcək?”

2026/03/Ekran-1772534668.jpg
Oxunub: 374     14:40     03 Mart 2026    
“Məndə belə təəssürat yaranıb ki, Ermənistan hakimiyyətinin coğrafi bilikləri, geosiyasi biliklərini demirəm belə, tamamilə itib və ya piroqla qarğıdalı ilə birlikdə yeyilib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

“Belə bir təəssürat var ki, Ermənistanın cənubundan 100 metr aralıda heç nə baş vermir, heç bir reaksiya yoxdur, heç bir mövqe yoxdur. Bilmirəm, Ermənistan hakimiyyəti hər hansı planlaşdırma aparıbmı ki, məsələn, sərhəd uzun müddət bağlı qalsa, bunun iqtisadiyyatımıza təsiri nə olacaq? Minlərlə qaçqın Ermənistana gəlsə, bunun təsiri nə olacaq? İnsanlar hər şeyi bir kənara qoyub yalnız yenidən seçilmə məsələləri ilə məşğuldurlar.

Ən azı reaksiya vermək lazımdır, çünki onlarla, bəlkə də yüzlərlə insan həlak olub. Qardaş və dost İran xalqına münasibət göstərmək, başsağlığı vermək lazımdır.

Orada böyük erməni icmamız var və bilmirəm, həmin icma ilə bağlı, o insanların təhlükəsizliyi ilə bağlı hansı addımlar atılıb. Hər halda dövlətin belə ehtiyat planları olmalıdır və vəziyyət standart çərçivədən çıxdıqda onlar işə salınmalıdır”, - deyə o bildirib və xatırladıb ki, İran onilliklər boyu, o cümlədən müharibə zamanı, Ermənistan üçün xarici aləmlə əlaqə baxımından xilasedici körpü olub.

Hakim partiyanın deputatı Vahaqn Aleksanyanın “müxalifət müharibə istəyir, ölkəni müharibəyə sürükləmək istəyir” fikrinə cavab olaraq Artur Xaçatryan bildirib: “Müxalifət sülh istəyir, piroqla qarğıdalını isə onlar istəyir, istədikləri yalnız piroq və qarğıdalıdır. Nə deməkdir ki, müxalifət müharibə istəyir? Müxalifətin dövründə müharibə baş verdimi?

Müharibə sakit vəziyyətdir? Bax indi biz həmin sakit vəziyyətdəyik. Müharibənin bitməsi ilə bağlı bizim baxışımız başqadır, yəni tərəflərin minimal və legitim maraqlarının qorunması, ləyaqətli sülh olmalıdır, onların etdiyi kimi kapitulyasiya yox”, - deyə Xaçatryan bildirib.

O vurğulayıb ki, Ermənistan bu vəziyyətdə ehtiyat planlara malik olmalıdır: “Təsəvvür edin ki, sabah İrandan 50 min, 100 min nəfər Ermənistana gəlir. Onları qorumaq üçün imkan və proqram varmı? Orada ermənilər var, evakuasiya planı varmı, yoxsa məsuliyyət yalnız Araz çayının sahilinə qədərdir? Baş nazir seçildi, İrana getdi, İranın Ararat Mədəni Birliyində qəbul olundu, indi o insanlara qarşı belə, əllərini yuyub kənara çəkiləcək?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan  


Bizi "telegram"da izləyin