Ordu.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
Onun sözlərinə görə, ölkə regional və Avropa bazarları üçün enerji təchizatının şaxələndirilməsinə və təhlükəsizliyinə töhfə verir: "Davamlı regional əməkdaşlıq və gücləndirilmiş bağlantılar təhlükəsiz və dayanıqlı enerji gələcəyinin əsas dayağı olaraq qalır".
Nazir qeyd edib ki, Gürcüstan 2036-cı ilədək elektrik enerjisi istehsalında özünü tam təmin etməyi hədəfləyir: "Bu məqsədə bərpa olunan enerji və ötürücü infrastruktur sahələrinə, o cümlədən yeni sərhədlərarası bağlantıların inkişafına yönəldilmiş əhəmiyyətli investisiyalar hesabına nail olacaq".
Ordu.az