“İravunk”: Paşinyan bölgələrə səfər zamanı kilsə mövzusunun qaldırılmasını qadağan edib

2026/02/1772182231.jpg
Oxunub: 403     12:42     03 Mart 2026    
“Hakim partiyada yaxşı məlumatlı mənbələrin sözlərinə görə, Nikol Paşinyan sözün həqiqi mənasında komanda üzvlərinə bölgələrə səfər zamanı və ümumiyyətlə ictimai müstəvidə kilsə mövzusu barədə danışmağı qadağan edib: “Mənimlə razılaşdırılmayınca kilsə mövzusunu qaldırıb-endirməyin”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

“Bu kəskin göstərişin nə ilə bağlı olduğu və qadağanın nə vaxta qədər qüvvədə qalacağı hakim partiyada da məlum deyil, lakin soruşmağa risk edən də yoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin