Hicran Hüseynova: "Ombudsman qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində işini gücləndirməlidir"

2026/03/hicra-1772526616.jpg
Oxunub: 334     12:20     03 Mart 2026    
Ombudsman qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası ilə bağlı fəaliyyətini daha da gücləndirməlidir.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ombudsmanın illik məruzəsində qərbi azərbaycanlıların tarixi torpaqlarından zorla deportasiya edilməsi ilə əlaqədar onların hüquqlarının bərpa olunması və dədə-baba yurdlarına qayıtması istiqamətində görülən işlər vurğulanıb:

"Ancaq ombudsmanın bu istiqamətdə fəaliyyətini daha da gücləndirməsini hesab edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hicran-Hüseynova   Qərbi-Azərbaycan  


Bizi "telegram"da izləyin