“Hraparak”: Annanın hakimiyyəti hansısa məqamda daha böyük olub, bu isə Paşinyanın xoşuna gəlməyib

2026/02/1770143463.jpg
Oxunub: 385     11:11     03 Mart 2026    
Nikol Paşinyan və Anna Hakobyanın boşanması ilə bağlı bu günlərdə bir çox versiyalar dövriyyəyə buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Onları ümumiləşdirərək belə mənzərə əldə etmişik: hələ 2019-20-ci illərdə onların münasibətləri bir mərhələdə ciddi şəkildə pisləşmişdi və təxminən bir il və ya daha artıq müddətdə birlikdə yaşamamışdılar. Lakin bu böhran qarşılıqlı səylərlə aradan qaldırılıb, amma vəziyyət 2025-ci ilin ortalarında yenidən kəskinləşib.

Anna Hakobyanın Çində təhsil proqramı da həmin böhranın nəticəsi idi, lakin getməsi nikahı “xilas etməyib”. Qadının uzun müddət ərinin yanında olmaması da gərgin münasibətlərdən xəbər verir. Baxmayaraq ki, bir neçə dəfə hər şeyin normal olduğunu göstərməyə cəhd ediblər”, - deyə KİV qeyd edib.

Nəşr bildirib ki, 2025-ci ilin sonunda isə münaqişə daha da kəskinləşib.

“Son 3 ayda bəzi məlumatlara görə, Paşinyan Anna Hakobyanı Göyçə hökumət yay iqamətgahına “sürgün” edib və arxasında hər hansı addım atmağı qadağan edib.

Ehtimal olunur ki, hansısa mərhələdə onun hakimiyyəti ərinin hakimiyyətindən daha böyük olub və o, idarəetmə rıçaqlarını öz əlinə almağa çalışıb, bu isə ərinin xoşuna gəlməyib.

Görünür, Paşinyan həm də anlayıb ki, seçkiöncəsi mərhələdə arvadının aktivliyi onların yenidən seçilməsinə zərər verə bilər və onu passivləşdirməyə çalışıb.

Lakin incimiş xanım bunu öz hüquqlarının pozulması kimi qəbul edib və ərini özünəməxsus şəkildə “cəzalandırmağa”, onun nüfuzuna bərpası mümkün olmayan zərbə vurmağa qərar verib”, - deyə KİV yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Hakobyan  


Bizi "telegram"da izləyin