“İravunk”: Paşinyanın partiyasının üzvləri öz başlarının çarəsinə baxmağa başlayıblar

2026/02/1772096323.jpg
Oxunub: 329     11:08     03 Mart 2026    
Paşinyanın Anna Hakopyandan ayrılması faktı hakim partiya üzvlərini başqa səviyyədə sarsıntıya salıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, hətta onun adına and içən hakim partiya üzvləri belə öz başlarının çarəsinə baxmağa başlayıblar.

“Komandada artıq anlayırlar ki, Paşinyan istənilən an onları “peşka” kimi qurban verə bilər. Üstəlik, eyni mənbələrə görə, əvvəllər bəzi məsələlərlə bağlı mövqelərini bildirməyə çalışırdılarsa, Annanın müraciətindən sonra susub oturublar”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin