Erməni deputat: “Ordu yüksək hazırlıq səviyyəsinə gətirilməlidir, qaçqın axını olsa, bunu necə idarə edəcəklər?”

2026/03/Ekran-1772519814.jpg
Oxunub: 350     10:34     03 Mart 2026    
“Ümumiyyətlə, bulanıq suda həmişə balıq tutmağa çalışırlar, ona görə də mən heç nəyi istisna etmirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

“Hər halda silahlı qüvvələr yüksək hazırlıq səviyyəsinə gətirilməlidir, baxmayaraq ki, onlar arasında sevgi, həmrəylik və qardaşlıq var”, - deyə o bildirib.

Hakimiyyətin “nəhayət bir müharibə var ki, Ermənistan ona cəlb olunmayıb, niyə Ermənistanı müharibəyə çəkmək istəyirsiniz?” bəyanatına cavab olaraq müxalif erməni deputat deyib: “Yəni orada yardıma ehtiyacı ola biləcək ermənilərin olduğunu deyəndə, bu o deməkdir ki, müharibə başlatmaq istəyirik? Məsələn, Suriyada, xatırlayırsınız, Hələbdə konsul nə etdi?”.

Mümkün təhlükələrə toxunan Xaçatryan bildirib: “Əgər sərhəd uzun müddət bağlı qalsa, ciddi iqtisadi itkilərimiz olacaq. Burada söhbət təkcə qarşılıqlı ticarətdən getmir, İran əsas ticarət yollarından biridir. Yol bağlansa, mənfi nəticələr aydın olacaq. Üstəlik, cənub və şərq istiqamətindən hava daşımalarında da pozuntular var.

Digər məsələ, əgər qaçqın axını olsa, bu axını idarə edə bilməlisən.

Ən azı başa düşməlisən ki, sabah yol bağlansa, nə edəcəksən? Hazır resept deyə bilmərəm, amma bu problemdir. ABŞ bir neçə həftədir ki, regionda hərbi arsenalını gücləndirirdi, aydın idi ki, bu zərbə endiriləcək. Dövlətimiz sərhədyanı digər ölkələrlə erməni biznesmenlərin mümkün maraqlarını qorumaq üçün danışıqlar aparıbmı? Hər hansı razılaşma əldə edilibmi ki, həmin avtomobillər, yük maşınları alternativ marşrutla hərəkət etsin?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan  


Bizi "telegram"da izləyin