Ordu.az xəbər verir ki, bunu gənclərlə görüş zamanı Ermənistan parlmentinin “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan İran əleyhinə müharibəyə toxunarkən bildirib.
“Əvvəla, dost İran ölkəsində sabitlik və sakitlik bizim üçün, həm regional baxımdan, həm də Ermənistanın təhlükəsizliyi nöqteyi-nəzərindən, dost ölkə və xalq olaraq çox vacib və prioritetdir.
İkincisi, indi aydındır ki, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin əgər İranda xaos başlasa və istisna deyil ki, bu baş versin və ölkə Yaxın Şərqin bir sıra digər ölkələrində olduğu kimi uzunmüddətli bir dövrə daxil olsun, bu, Ermənistan üçün çox ciddi təhlükəsizlik problemləri yaradacaq və ağır nəticələrə səbəb olacaq.
Mən əmin deyiləm ki, Ermənistanda mövcud hakimiyyət mümkün ssenariləri müzakirə edib və hazırlıq görüb”, - deyə Sağatelyan qeyd edib.
O bildirib ki, əgər müharibə uzun sürsə, Ermənistana böyük axın olacaq.
“Söhbət 100-200 min nəfərdən gedə bilər. Bu isə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan son dərəcə ciddi problemlər yaradacaq.
Dövlətimiz belə təhlükəsizlik yastıqlarını yaradıb, müvafiq ssenariləri müzakirə edib, alternativ imkanları düşünüb? Əmin deyiləm. Əksinə, əminəm ki, heç nə etməyiblər və ciddi problemlə üz-üzə qalacağıq.
Hər halda arzumuz və istəyimiz odur ki, qonşu, dost ölkədə sabitlik olsun”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az