Seymur Fətəliyev, Azərbaycanın Meksikadakı səfiri, Panama Respublikasının xarici işlər naziri Xavyer Eduardo Martinez-Aça Vazkes ilə işgüzar görüş keçirib.
Ordu.az xəbər verir ki, 27 fevral tarixində Mexiko şəhərində, Panamanın Meksikadakı Səfirliyi tərəfindən təşkil edilmiş görüşdə Panamada akkreditə olunmuş səfirlər də iştirak ediblər.
Görüş zamanı Azərbaycan-Panama münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Meksika