Ordu.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami deyib.
Şirğolami vurğulayıb ki, bu məsələdə o, bir səfir kimi deyil, bir analitik kimi öz şəxsi fikrini ifadə edir.
“Düşünürəm ki, tarix boyu bəzilərinin Ermənistana qarşı olan ambisiyaları heç kimə sirr deyil. Bu ambisiyalar hazırda kül altında qalan atəş kimi yarım-sönmüş vəziyyətdə olsa da, hələ də mövcuddur. Buna görə də bizim ürəkdən gələn arzumuz Ermənistanın güclü bir dövlət olmasıdır.
Allah şahiddir və Allah köməyimiz olsun, bu müharibədə İran heç vaxt məğlub olmayacaq və Ermənistan da bunun nəticəsində heç bir zərər görməyəcək. Bölgəmizdə sülh və təhlükəsizlik hər kəsin xeyrinədir. Ümid edirik ki, Cənubi Qafqazda sülh bəzi tarixi ixtilaflara rəğmən qorunub saxlanılacaq”, - deyə səfir qeyd edib.
Sevinc Əliyeva
Ordu.az