“Bir qrup analitik Ermənistanda Qərb baxış bucağını təbliğ edir, mən bunu anlamıram” - İran səfiri

2026/02/1772132738.jpg
Oxunub: 407     22:39     02 Mart 2026    
“Bu gün səhər saatlarında İran və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub”.

Ordu.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bəyan edib.

Onun sözlərinə görə, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan İranın Ali Rəhbərinin, eləcə də İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

“Cənab Mirzoyan həmçinin qeyd edib ki, Ermənistan İrana lazım olan hər növ humanitar yardımı göstərməyə hazırdır. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan da İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.

Həm Ermənistanda, həm də İranda vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələrindən və fəallardan dəstək mesajları almışıq. Bu bizim üçün təəccüblü deyil, çünki erməni və iranlı xalqlar ağır günlərdə həmişə bir-birinin yanında olan iki dost xalqdır.

Lakin bir qrup analitikin Ermənistanda Qərb baxış bucağını davam etdirən qeyri-məntiqi və əsassız sözlərinə görə təəssüfümü ifadə etməyə bilmərəm. Onların hansı motivlərlə hərəkət etdiklərini anlaya bilmirəm, lakin onlara məsləhət görərdim ki, bu yanlış yoldan dönsünlər. Bir qrup analitikin sadəcə sionist tezislərini təkrarlaması bizdə təəssüf doğurur. Lakin deyə bilərik ki, onlar azlıq təşkil edirlər”, - deyə səfir vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin