İran səfiri: “Ermənistanla imzalanacaq hərtərəfli strateji sənədin mətni üzərində işləyirik”

2026/03/1772465796.jpg
Oxunub: 429     22:30     02 Mart 2026    
“Ermənistanla hərtərəfli əməkdaşlıq haqqında strateji sənəd hazırda mətnin hazırlanması mərhələsindədir, biz hazırda bu mətn üzərində işləyirik” .

Ordu.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bəyan edib.

“İlkin bir qaralama mətn var idi, hazırda İranda onun bəzi komponentlərinin dəyişdirilməsi və təkmilləşdirilməsi üzərində işləyirik. İstəyimiz odur ki, bu, sadəcə kağız üzərində qalan bir sənəd deyil, operativ mexanizm olsun.

Sənəd tam hazır olduqdan və onun hərtərəfli xarakteri təmin edildikdən sonra tərəflər arasında mübadilə ediləcək və yekun razılıq əldə olunan kimi imzalanmağa hazır olacaq. Ümid edirik ki, sənədi 2026-cı ildə imzalaya biləcəyik”, - deyə o bildirib.

Səfir qeyd edib ki, bu sənəddən asılı olmayaraq, Ermənistan və İran hazırda da müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər: “Bu kontekstdə Ermənistanın müdafiə naziri cənab Papikyanın təxminən bir həftə əvvəl İrana etdiyi yüksək səviyyəli səfəri xüsusi qeyd etmək lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin