Ermənistan və Britaniyanın müdafiə qurumları arasında gələcək əməkdaşlıq proqramları müzakirə olunub

2026/03/1772478164.jpg
Oxunub: 415     22:46     02 Mart 2026    
Fevralın 24-27-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti ordunun transformasiyası prosesi çərçivəsində işgüzar səfərlə Böyük Britaniyada olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Böyük Britaniyanın hərbi akademiyasına, Sandherst Kral Hərbi Akademiyasına və Kral Müdafiə Araşdırmaları Kollecinə baş çəkib.

“Hərbi təhsil müəssisələrinə səfər zamanı Ermənistan nümayəndə heyətinə həmin qurumların strukturu, təhsilin təşkili prosesi, tədris olunan fənlər, təhsil proqramları, müəllim heyətinin seçimi və təkmilləşdirilməsi proqramları, eləcə də həyata keçirilən islahatlar təqdim edilib.

General-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Müdafiə Nazirliyində də qəbul olunub. Görüşdə iki ölkənin müdafiə qurumları arasında gələcək əməkdaşlıq proqramları və perspektivləri, xüsusilə hərbi təhsil, təlimlər, birgə hərbi təlimlər və hərbi-texniki sahələr üzrə məsələlər müzakirə edilib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Britaniya  


Bizi "telegram"da izləyin