Erməni hərbçinin ölümü ilə bağlı 1 nəfərə qarşı ictimai cinayət təqibi başlanıb

2026/03/1772477856.jpg
Oxunub: 399     22:55     02 Mart 2026    
Fevralın 26-da aşkar edilmiş hərbçinin ölümü faktı üzrə başlanmış cinayət işi çərçivəsində 1 nəfərə qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsinin 7-ci bəndi ilə (qəsdən adam öldürmə) ictimai cinayət təqibi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, həmin şəxs həbs edilib.

Daha əvvəl məlum olmuşdu ki, fevralın 26-da erməni hərbçi Narek Hamlet Hakobyanın meyiti aşkar edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbçi  


Bizi "telegram"da izləyin