Ordu.az xəbər verir ki, bunu “APRI-Armenia” elmi-tədqiqat mərkəzinin eksperti, erməni tarix elmləri namizədi, beynəlxalq tədqiqatlar üzrə ekspert və israilşünas Sergey Melkonyan deyib.
“Bu o deməkdir ki, ABŞ elitası arasında İrana qarşı mənfi fikirlər var. Digəri isə Trampın İranın ballistik raketləri ilə bağlı açıqlamasıdır. Tramp İsrailin 3 ay əvvəl verdiyi açıqlamanı təkrarlayır. Müsbət cəhət odur ki, hazırda konkret sənəd üzərində danışıqlar aparılır.
Bu gün Əfqanıstan və Pakistan arasında da ciddi bir gərginlik başlayıb. Bu, İran üçün problemdir, çünki sonuncu sərhədləri yaxınlığında gərginliyi azaltmağa çalışır. Düşünmürəm ki, ABŞ İrana qarşı tammiqyaslı müharibəyə başlamaq istəsin. İranın itirəcək bir şeyi yoxdur, ABŞ-nin isə var. Bəli, onlar İranı bölmək istəyirlər, amma ABŞ-nin hər hansı bir ölkəni bölüb uğurla çıxdığı heç bir uğurlu hal, heç bir uğur hekayəsi yoxdur”, - deyə o qeyd edib.
Melkonyan bildirib ki, İranın “qırmızı xətləri” çox aydındır.
“Ermənistan-İran sərhədində heç bir dəyişiklik ola bilməz, keçid məntəqəsi əvvəlki kimi fəaliyyət göstərməlidir, orada xüsusi TRIPP (Zəngəzur dəhlizi-red.) rejimi olmamalıdır. İran sərhədi yaxınlığında ABŞ hərbi qüvvələri olmamalıdır. Suren Papikyan İranda Ermənistan-İran birgə hərbi təlimləri və mümkün eskalasiya zamanı yolların bağlanacağı təqdirdə Hindistandan silah təchizatı məsələlərini müzakirə edib.
Bütün proseslər bizim ətrafımızda fırlanır, çünki Azərbaycan və Gürcüstana təzyiq hiss etmirik. TRIPP, nüvə məsələləri Ermənistanı narahat edir və bunların hamısı təkcə Ermənistan üçün deyil, həm də region üçün strateji əhəmiyyət kəsb edir. Biz Qərb və Rusiya, güc mərkəzləri arasında toqquşma nöqtəsinə çevrilirik”, - deyə Melkonyan vurğulayıb.
O qeyd edib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə NATO üzvü dövlətidir, Rusiya bunu yüksək qiymətləndirib və Türkiyə ilə əməkdaşlıq edib.
“Lakin Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kosun Türkiyənin xarici işlər naziri Hakan Fidanla bağlı açıqlamasından sonra hər şey dəyişdi. Bu açıqlamadan sonra ilk dəfə Rusiyada narahatlıq hiss etdim”, - deyə Melkonyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az