Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Vazgen Manukyan deyib.
“Halbuki alternativ olaraq artıq başlanmış danışıqlar prosesi davam etdirilməli, hərbi güc tətbiq olunmamalı idi. Bu hücum nəticəsində İranın rəhbər heyətinin onlarla nümayəndəsi, yüzlərlə dinc sakin, eləcə də hədəfə çevrilmiş məktəbliləri qurban oldu. İnsan itkiləri isə hələ də davam edir və təkcə İranda deyil.
Ermənistan və İran qarşılıqlı münasibətlərini minilliklərin sınaqlarından keçərək qurmuş və möhkəm dostluq formalaşdırıb. İran ən qədim mədəniyyətə malik xalqlardan biri kimi həm regiona, həm də dünyaya çox şey bəxş edib.
Əminik ki, İran bu sınaqdan da qalib çıxacaq və mövcud vəziyyətdən dövlətçiliyini daha da gücləndirmiş şəkildə çıxacaq. İranın daxili həyatını necə qurmalı olduğu xarici qüvvələrin deyil, yalnız və yalnız İran xalqının qərar verməli olduğu məsələdir”, - deyə Manukyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az