İran səfiri: “Ermənistan İrana TRIPP layihəsinin hərbi və ya təhlükəsizlik nəticələri olmayacağına təminat verir”

2026/03/1772465796.jpg
Oxunub: 404     19:35     02 Mart 2026    
İranın Ermənistandakı səfiri Xəlil Şirğolami martın 2-də İrəvanda keçirilən mətbuat konfransında Tehranın TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı mövqeyini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Layihəyə İranın münasibəti ilə bağlı suala cavab verən səfir bildirib: “Ermənistan tərəfi ilə müzakirələr zamanı İran vurğulayıb ki, Ermənistan üçün kommunikasiya imkanları yarada biləcək yol xarici aktorlar tərəfindən İrana qarşı hərəkətlər üçün istifadə olunmamalıdır.

Biz həmçinin Ermənistanın maraqlarına xidmət edəcəyi təqdirdə “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsinə dəstəyimizi bir daha təsdiqləmişik. Ermənistan hakimiyyəti bizi əmin edib ki, heç bir halda bu yol hərbi və ya təhlükəsizlik nəticələrinə malik olmayacaq və marşrut boyunca Ermənistanın suverenliyi qorunacaq”.

O əlavə edib ki, İran ilə Ermənistan arasında etimad mövcuddur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin