Ramil Rzayev Şərqi Timorun Prezidentinə etimadnaməsini təqdim edib

2026/03/1772463760.jpg
Oxunub: 344     18:14     02 Mart 2026    
Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev Şərqi Timorun Prezidenti Joze Ramuş-Ortaya etimadnaməsini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin "X"dəki səhifəsində məlumat yayılıb.

"Azərbaycanın səfiri Ramil Rzayev Şərqi Timorun Prezidenti Joze Ramuş-Ortaya etimadnaməsini təqdim edib. Mərasim ikitərəfli görüşlə davam etdirilib, söhbət zamanı tərəflər gələcək əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda deyilir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Şərqi-Timor  


Bizi "telegram"da izləyin