Azərbaycan Rusiya ilə "Şimal-Cənub" dəhlizinin buraxılış qabiliyyətinin artırılmasını müzakirə edib

2026/03/1772459057.jpg
Oxunub: 344     17:26     02 Mart 2026    
Azərbaycan ilə Rusiya arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi müzakirə olunub.

Ordu.az xəbər verir ki, müzakirələr Rusiya hökumət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Aleksey Overçukla Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Rusiya-Azərbaycan dövlət sərhədindəki buraxılış məntəqələrinin səmərəli işi və onların gələcəkdə daha da modernləşdirilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən il Azərbaycandan keçən "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton yük daşınıb. Proqnozlara görə, 2030-cu il üçün bu dəhlizi üzrə yükdaşımaların 32 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin