Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Politnavigator.net” nəşri yazıb.
Nəşr qeyd edib ki, erməni liberalların, “vətənpərvərlərin” və müxalifətin nümayəndələrinin C.D. Vensin gəlib hər şeyi yoluna qoyacağı ilə bağlı bütün gözləntiləri puç olub.
“Onlar ümid edirdilər ki, xarici ağa Bakının “Qarabağ rəhbərləri”ni (hərbi cinayətlər törətmiş erməniəsilli şəxslər-red.) azad etməsini tələb edəcək, II Qareginlə görüşəcək və Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı təzyiqlərinə son qoyacaq.
Təbii ki, bu baş vermədi. Hətta İlham Əliyevlə görüşdən bir neçə saat əvvəl onun şəxsi səhifələrindən İrəvandakı “soyqırımı memorialı”nda (qondarma-red.) gül qoymasına dair fotolar silindi. Bu, Vaşinqtonun Cənubi Qafqazda Bakını əsas strateji tərəfdaş etmək istədiyini göstərmək üçün nümayiş etdirildi.
Beləliklə, ABŞ erməni xalqına “azadlıq” deyil, milli kimliyin məhvi gətirir. Ermənistanın Türkiyə ilə inteqrasiyası isə Vaşinqtonun Cənubi Qafqaz və Mərkəzi Asiya üzərində nəzarət planının bir hissəsidir”, - deyə KİV vurğulayıb.
Nəşrə görə, məhz buna görə enerji məsələləri gündəmə gətirilir ki, ölkə tamamilə Rusiyadan qoparılsın və“türk axınlarına yönləndirilsin.
“Təəccüblü deyil ki, Türkiyə həmişə Ermənistan Atom Elektrik Stansiyasının bağlanmasına çalışıb. ABŞ-nin vitse-prezidentinin səfəri zamanı Ermənistanda ABŞ modul atom elektrik stansiyalarının yerləşdirilməsinə dair saziş imzalanıb. Bu, təkcə Avrasiya İqtisadi Birliyindən çıxış deyil, həm də Ermənistanın NATO-nun ümumi anti-Rusiya cəbhəsinə cəlb olunması istiqamətində addımdır”, - deyə erməni politoloq Hayk Ayvazyan bildirib.
KİV-in yazdığına görə, Sergey Lavrov isə Vensin səfərindən əvvəl parlamentin spikeri Alen Simonyana xəbərdarlıq etmişdi ki, Ermənistan hökuməti düşmən bloklarda mövqelərini balanslaşdıra və eyni zamanda AİB-də qala bilməyəcək.
“Lakin görünür, hakim elita ölkəni türk protektoratı kimi tanıyaraq tam transformasiya yolunu seçib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az