Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında İranın Ermənistandakı səfiri Xəlil Şirğolami bildirib.
“Bu hadisə İranın Ali Ruhani Liderinin hər bir İran vətəndaşı kimi gündəlik işləri ilə məşğul olduğu bir vaxtda baş verdi. Bu hadisə İranın Ruhani Liderinin vətənə və İran xalqının ali arzularına xidmət etməyə davam etdiyi bir vaxtda baş verdi.
İranın Ruhani Lideri erməni xalqına, Ermənistana, eləcə də İranda yaşayan erməni icmasına qarşı çox müsbət münasibət bəsləyirdi. Onun Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi ilə bağlı çoxsaylı sitatları və məşhur sözləri mövcuddur. Deyə bilərik ki, Ermənistan və erməni xalqı İranın ruhani liderinin bu dəstəkləyici mövqeyindən faydalanırdı. Onun şəhid olması İran xalqı üçün böyük itkidir, lakin İran xalqı öz iradəsi ilə İran xalqının arzuları və məqsədləri yolunda daha güclü ruhla işləməyə və mübarizə aparmağa davam edəcək.
Həqiqi ideyalar və arzular ayrı-ayrı şəxslərin ölümü ilə aradan qalxmır, onlar insanların ölümü ilə məhv olmur. Bu elə bir fikirdir ki, nə “sionist rejim”, nə də Tramp rejimi bunu başa düşə bildi”, - deyə İranın Ermənistandakı səfiri qeyd edib.
Şirğolami bildirib ki, İranda hakimiyyət boşluğu yaranmayıb və İran İslam Respublikasının Keşikçilər Şurası bu keçid dövründə ölkəni idarə etməyə davam edir. O qeyd edib ki, yaxın gələcəkdə Keşikçilər Şurası tərəfindən İranın yeni İslam Ruhani Liderinin təqdim olunmasının şahidi olacaqlar.
“İran xalqı Ruhani Liderin şəhid olduğunu öyrəndikləri ilk dəqiqələrdən etibarən küçələrə çıxdı və matəm mərasiminə başladı”, - deyə İranın Ermənistandakı səfiri bildirib.
Alpər Mövludoğlu
Ordu.az