“Regional partlayış son iki gündə müxtəlif prizmadan şərh olundu, lakin ermənilər üçün mühüm məqamlardan biri də müharibə zonalarındakı erməni icmalarının, eləcə də tarixi, dini, təhsil və mədəni dəyərlərin taleyidir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının deputatı Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.
Abrahamyan qeyd edib ki, onsuz da Yaxın Şərqdə son 10-15 ildə baş vermiş müxtəlif eskalasiyalar və müharibələr nəticəsində ağır itkilər olub və İran ətrafındakı son qanlı hadisələr də onun ağır narahatlıqlarını daha da artırır.
“Bu günlərin hadisələrinin ağır nəticələri onilliklərlə regiona, o cümlədən Ermənistana təsir edəcək”, - deyə Abrahamyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Abrahamyan
Ermənistan