Ordu.az xəbər verir ki, bunu erməni ekspert Arman Abovyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, cavab olaraq İranın hərbi hava qüvvələri İsraili, BƏƏ-ni, Qətəri, Bəhreyni, Omanı və Səudiyyə Ərəbistanını bombalayır.
“Vəziyyət son dərəcə gərgindir və eskalasiya meyli var.
İranla həmsərhəd bütün ölkələr öz müttəfiqləri ilə diplomatik və siyasi məsləhətləşmələr prosesinə maksimum dərəcədə cəlb olunublar.
Təbii ki, Ermənistan hakimiyyəti istisna olmaqla.
Ermənistan hakimiyyəti seçki səfərləri çərçivəsində “kukuruza və peraşki” yeyir.
Mən başa düşmürəm, onlar insanlarda bilərəkdənmi günahsızlıq təəssüratı yaradırlar?
İndi isə gəlin adekvatlıq və sülh haqqında danışaq”, - deyə Abovyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az