Omanda neft tankerinə hücum: ölən var

2026/03/1772360250.jpg
Oxunub: 308     15:34     02 Mart 2026    
Yaxın Şərqdəki eskalasiyalar fonunda Omanda, Muskat şəhərinin sularında üzən neft tankeri hücuma məruz qalıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verri ki, bu barədə Omanın Dəniz Təhlükəsizliyi Mərkəzinin bəyanatında deyilir.

Məlumata görə, hücum nəticəsində gəmidə partlayış ardınca isə yanğın meydana gəlib. Bir nəfər həyatını itirib.

“Marşal adalarının bayrağı altında üzrən MKD VYOm neft tankeri Muskat sahillərində 52 dəniz mili aralıda avtonom idarə olunan su nəqliyyat vasitəsinin hücumuna məruz qalıb. Tankerdə təqribən 59,463 ton yük daşınıb”, - məlumatda qeyd olunur.

Hadisə nəticəsində ölən şəxsin Hindistan vətəndaşı olan ekipaj üzvü olduğu qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oman   Tanker  


Bizi "telegram"da izləyin